A
+Gəncədə çay kənarında kişi meyiti tapılıb.
Söz.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə Gəncəçayın sahilində baş verib.
Bu gün saat 12 radələrində yaxınlıqdan keçənlər çay kənarında meyit olması barədə polisə məlumat veriblər. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin xilasediciləri tərəfindən ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Araşdırma nəticəsində məlum olub ki, meyit Gəncə şəhər sakini 62 yaşlı İkram Bayramova məxsusdur. Onun tənha yaşaması, yaxınlıqdakı ərazidə parkinq pulu yığmaqla məşğul olması müəyyənləşib.
İlkin ehtimala görə, İ.Bayramov gecə saatlarında çay kənarındakı yüksəklikdən yıxılaraq xəsarətlər alıb və bunun nəticəsində ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.