A
+Braziliya Ali Məhkəməsi yaxınlığında baş verən iki partlayış nəticəsində bir nəfər ölüb.
Söz.az xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb.
İnsident Braziliyanın Ali Məhkəməsi ilə Deputatlar Palatası binaları arasında baş verib. Partlayışlar 20 saniyə ara ilə baş verib. Ərazi nəzarətə götürülüb və məhkəmə binasındakı insanlar təxliyə edilib.
Məlumata görə, sözügedən ərazidə partlayıcı ilə dolu olan avtomobil partladılıb.
Şahidlərdən biri bildirib ki, birinci partlayışdan sonra mühafizə xidməti yaxınlıqda olan çantalı kişiyə yaxınlaşmağa çalışıb. Lakin həmin an onun ölümünə səbəb olan ikinci partlayış baş verib.