A
+Kosmik raket proqramının rəhbəri və məşhur transgender yazıçı Samanta Li Allenin həyat yoldaşı Kori Börk Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsindən sonra atasını buz baltası isə döyərək öldürüb.
Söz.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
33 yaşlı amerikalı qadın seçkinin nəticələrindən o qədər şoka düşüb ki, o, 67 yaşlı atasını yerə yıxıb və ona buz baltası ilə bir neçə zərbə endirib. Bundan sonra o, evin bütün şüşələrini sındırıb.
Hadisə yerinə gələn polis onun gülümsədiyini və əl çaldığını görüb. Börk əvvəlcə atasını kimin öldürdüyü və pəncərələri necə sındığı barədə məlumatının olmadığını desə də, sonradan cinayətini etiraf edib.
O, bu hadisəni atalar və uşaqlar arasındakı münasibətlərdəki problemlərə diqqəti cəlb etmək məqsədi daşıyan azadlıq aktı kimi qiymətləndirib.
Onun sözlərinə görə, atası ilə münasibətləri gərgin olub.
Trampın seçkilərdə qalib gəlməsi isə onu kritik vəziyyətə gətirib.