A
+Rusiyalı bloger və teleaparıcı Anastasiya İvleevanın qalmaqallı "çılpaq" əyləncə məclisi ilə bağlı qalmaqal davam edir.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən məclisin iştirakçılarından biri olan müğənni Filipp Kirkorov qalmaqallı hadisədən danışıb.
O həmin məkanda cəmi beş dəqiqə vaxt keçirdiyini deyib. İfaçı orada baş verənlərdən təəccüblənib və gülləri Anastasiyaya verərək barı tərk edib.
33 yaşlı Anastasiya şəxsi “Telegram” bloqunda Kirkorovun sözlərinə ironiya ilə reaksiya verib. Bloger onu siçovul hesab etdiyinə eyham vurub. İvleeva, bir neçə gəmiricinin təsviri olan sırğaların görünütüsünü yayımlayıb.
“Kirkoryanın (Kirkorovun əsl soyadı) qulaqlarını deşdiyini bilən varmı?, - deyə Anastasiya İvleeva abunəçilərindən soruşub.