Dişlərinizi 5 dəqiqəyə ağardın! Gözlərinizə inanmayacaqsınız

Dişlərinizi 5 dəqiqəyə ağardın! Gözlərinizə inanmayacaqsınız

Bu gün, 15:14
-

A

+

Dişlərimizə kifayət qədər qulluq etmədiyimiz zaman  onlar təbii ağlığını itirməyə başlaya bilər. Dişlərin saralması genetik səbəblərdən, xəstəliklərin yan təsiri kimi və ya diş baxımı qeyri-kafi olduqda da baş verə bilər. 

Söz.az xəbər verir ki, dişlərinizi yenidən ağartmaq üçün bəzi təbii üsullardan istifadə edə bilərsiniz.

Çiyələk ağızdakı zərərli bakteriyaları yox edir, həmçinin ağardır. Bunun üçün çiyələyi püre halına salıb dişlərinizi fırçalayın. Bu üsulu həftədə 3-4 dəfə təkrarlamaq olar. 

Banan qabığında olan maqnezium, kalium və manqan kimi sağlam komponentlər dişlərin saralmasının qarşısını alır. Dişlərin ağardılması üçün bu üsuldan istifadə etmək istəyənlər banan qabığının içini götürüb dişlərinizə 2-3 dəqiqə sürtün. Sonra ağzınızı yaxalayın və dişlərinizi fırçalayın.

Duzdan istifadə edərək hazırlanan qarışıq dişlərin iltihabının və diş ətinin şişməsinin qarşısını alır. Saralmanın da qarşısını alan bu qarışımdan faydalanmaq üçün 1 çay qaşığı duz, 1 çay qaşığı soda və 1 çay qaşığı sirkəni qarışdırın. Qarışığı dişlərinizi fırçalamaq üçün istifadə edə bilərsiniz. Bu üsulu həftədə 2-3 dəfə tətbiq edə bilərsiniz.

Təbii antibakterial olan alma sirkəsi dişlərdə saralmağa səbəb olan bakteriyaları da yox edəcək. Alma sirkəsi üsulu güclü turşu xüsusiyyətlərinə görə həftədə ən çox 3-4 dəfə tətbiq oluna bilər. Daha çox istifadə dişlərə mənfi təsir göstərəcək. Dişləri alma sirkəsi ilə ağartmaq üçün alma sirkəsini suya qatıb ağız qarqarası kimi istifadə edə bilərsiniz. 

Soda təbii ağardıcıdır. Natrium bikarbonat kimi tanınan bu məhsul diş pastasının aktiv maddələrindən biridir. Soda ilə hazırlanmış qarışığı tətbiq etməklə dişlərin saralmasının qarşısını ala bilərsiniz. Dişləri ağartmaq üçün əvvəlcə bir qabda 1 çay qaşığı soda və 1 çay qaşığı zeytun yağını qarışdırın. Sonra üzərinə yarım limonun suyunu sıxın. Əldə etdiyiniz qarışıma fırçanı batırıb dişlərinizi yuyun. Bu üsulu həftədə bir dəfə dişlərinizi fırçalamaq üçün tətbiq edə bilərsiniz.

yuxarı