A
+Sağlam həyatla bağlı açıqlamaları ilə tez-tez gündəmə gələn türkiyəli professor Canan Karatay qış aylarında xəstəliklərdən qorunmaq üçün hansı qidalara üstünlük verilməli olduğunu açıqlayıb.
Söz.az xəbər verir ki, mütəxəssis açıqlamasında əsas 3 qidadan istifadənin vacibliyinə diqqət çəkib.
Canan Karatay bildirib ki, qış aylarında xüsusilə kələm, brokoli, ispanaq kimi tərəvəzlərin süfrələrdən əskik olmamalıdır.
O, həmçinin turşunun qış aylarında xəstəliklərə qarşı istifadəsinin vacib olduğunu vurğulayıb. Canan Karatayın sözlərinə görə, xəstəliklərin yaranmasının əsas səbəblərindən biri bağırsaqların fəaliyyətinin normal işləməməsidir. Mütəxəssis bu problemi həll etmək üçün turşu istehlakını artırmağı tövsiyə edib. O, turşunun bədənin pH balansını qoruduğunu bildirib.
C.Karatay həmçinin xərçəng əleyhinə xüsusiyyətlərə malik olan zeytun yağının qış aylarında bol istehlak edilməsinin lazım olduğunu bildirib. O, soyuq sıxılmış zeytun yağının daha sağlam olduğunu və qış aylarında üstünlük verilməli olduğunu deyib. Canan Karatay zeytun yağının bədənə təpədən dırnağa qədər müsbət təsir etdiyini vurğulayıb.