97 yaşlı qazi Ərdoğandan görün nə istədi

97 yaşlı qazi Ərdoğandan görün nə istədi

14-11-2024, 13:15
-

A

+

Türkiyənin ən yaşlı qazilərindən olan 97 yaşlı Pirağa Uzun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi dəvəti ilə 10 noyabrda Atatürkü anma mərasiminə qatılıb.

Söz.az "Haber Global"-a istinadən xəbər verir ki, Pirağa Uzun həyatında ilk dəfə Anıtkabiri ziyarət edib. 

Qazi Rəcəb Tayyib Ərdoğandan evi üçün təbii qaz istəyib: "Prezidentlə görüşdüm. Məndən bir istəyim varmı deyə soruşdu, mən də təbii qaz istəyirəm dedim. Evimə təbii qaz istədim. Ona iki kağız verdim ki, biz kömür yandırırıq. Bu hadisələrdən sonra çox yaxşı rəylər aldım. Allah onlardan razı olsun.  Anıtkabiri ziyarət etmək də mənim üçün çox xoş oldu. Mən heç vaxt orada olmamışam. Uşaqlarımla getmək xüsusi zövq verdi". 

yuxarı