A
+Biz bəzi şeylərə düşünmədən inanırıq. Məsələn, bizə dondurma və şaxtalı hava bir-birinə uyğun gəlməyən anlayışlar kimi görünür. Bunun boğaz ağrısı təhlükəsi yaradacağını düşünürük.
Bəs inancın reallıqla ortaq cəhətləri varmı?
Söz.az dondurma ilə bağlı bəzi məqamları təqdim edir:
1. Dondurma boğaz ağrısına səbəb olur?
Boğaz xəstəliklərinə dondurma deyil, viruslar səbəb olur.
2. Qışda dondurma yemək olmaz?
Güclü immunitet və sağlamlıq, həmçinin virus xəstəliklərinin qarşısının alınması qışı xəstəxanaya müraciət etmədən keçirməyə kömək edir. Dondurmanın tərkibində A vitamini, beta-karotin, D, D3, E, B vitaminləri, həmçinin makro və mikroelementlər (minerallar) var. Buna görə də qışda dondurma yemək olar.
3. Qışda dondurma dadlı deyil…
İlin fəsli dondurmanın dadına az təsir edir. Sadəcə dondurma seçərkən onun təbiiliyinə diqqət yetirin. Unutmayın ki, şirin desert zehni fəaliyyəti artırır və sevinc hormonu olan serotoninin istehsalına müsbət təsir göstərir.