17 min işçi işdən qovuldu

17 min işçi işdən qovuldu

14-11-2024, 14:00
-

A

+

Amerikanın “Boeing” korporasiyası 17 min əməkdaşını işdən çıxarıb. 

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxslərə artıq ixtisar barədə məlumat verilib. Eyni zamanda istisar olunmuş işçilərə yanvarın ortalarına qədər işləmək imkanı yaradılıb. 

Təyyarə istehsal edən nəhəng şirkət işçilərin maaş artımı ilə bağlı kütləvi tətilindən sonra bu addımı atmaq məcburiyyətində qalıb.

"Boeing"-in problemləri bir neçə il əvvəl, istehsal edilən təyyarələrdə çoxsaylı problemlər yaranmağa başlayanda yaranıb. Həmin problemlər 2019 və 2021-ci illərdə fəlakətə səbəb olub. Həmçinin son vaxtlar qəzalar tez-tez baş verir. Bunun nəticəsində isə şirkətin reputasiyası zədələnib və sifarişlər azalıb.


yuxarı