A
+İsrailin müdafiə naziri İsrael Katz Livana hücumlarla bağlı açıqlamalar edib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir Katz İsrail Müdafiə Qüvvələrinin (IDF) Şimal Komandanlığını ziyarət edərkən bunarı deyib: “Biz ayağımızı qazdan çəkməyəcəyik. Müharibə məqsədlərinə çatana qədər Beyrutda və Livanın qalan hissəsində də “Hizbullah”ı vurmağa davam edəcəyik. Burada olduğumuz müddətdə Beyrutda terror infrastrukturu çökür. Biz davam edəcəyik və “Hizbullah”ı hər yerdə vuracağıq".