Futbolçunun 8 milyonluq saatı oğurlandı

Futbolçunun 8 milyonluq saatı oğurlandı

14-11-2024, 16:00
-

A

+

“Krasnodar” futbol klubunun hücumçusu Fedor Smolov “Rubin”lə oyunundan sonra paltardəyişmə otağından təxminən 8 milyon rubl dəyərində saatı itirib.

Söz.az  "Sport-Ekspress"-ə istinadən xəbər verir ki, qarşılaşma Kazanda keçirilib.

“Rubin”lə 1:1 hesabı ilə başa çatan oyundan sonra Smolov soyunma otağında qonaq komanda üçün ayrılan şkafa qoyduğu saatı tapa bilməyib.

Stadion işçiləri təhlükəsizlik kameralarında görüntüləri araşdırıblar.  Məlum olub ki, onların heç biri paltardəyişmə otağına girişi qeyd etməyib.

Bu səbəbdən də yaranan vəziyyətlə bağlı şübhəli şəxs yoxdur. 


yuxarı