A
+Məşhur futbolçu Mauro İkardi ilə həyat yoldaşı Vanda Nara arasında gərginlik artır.
Söz.az Argentina mətbuatına istinadən xəbər verir ki, Vanda Nara Mauro İkardidən polisə şikayət edib.
Argentinanın 106 saylı Mülki Məhkəməsinin qeydlərindəki şikayətdən sonra məhkəmə İkardi ilə bağlı bəzi sanksiya qərarları çıxarıb.
Müvafiq olaraq, Mauro İkardinin Vanda Naraya birbaşa və ya dolayısı ilə narahatlıq və ya hədə-qorxu gəlməkdən çəkinməsi qərara alınıb.
Həmçinin qərara alınıb ki, İkardi Vanda Naranın Avenida del Libertadordakı evinə girməsinə mane olmamalıdır.
Noyabrın 15-də keçiriləcək iclasla bağlı İkardiyə də bildiriş göndərilib.
Mətbuatda yer alan xəbərə görə, reper L-Gante ilə bir neçə günlük Braziliyaya gedən Vanda Nara qayıtdıqdan sonra Mauro İkardi tərəfindən evə buraxılmayıb.