A
+İkinci övladına hamilə olan aktrisa Cennifer Lourens təqdimatda görüntülənib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı aktrisa Los-Ancelesdə “Apple TV+” kanalının yeni “Çörək və güllər” sənədli filminin premyerasında iştirak edib.
“Aclıq Oyunları”nın ulduzu çiyinləri aşağı salınmış qara paltarda, sinəsində broş və lentlərlə xalça üzərinə çıxaraq kameralar önünə keçib.