Hər 15 saniyədə 1 nəfər ölür - Buna görə

Hər 15 saniyədə 1 nəfər ölür - Buna görə

Dünən, 11:47
-

A

+

İnfarkt dünyada hər 15 saniyədə 1 nəfərin ölümünə səbəb olur. 

Söz.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, mütəxəssislər infarktın 20 yaşlı cavanlarda da müşahidə edildiyini və ən çox rast gəlinən ölüm səbəbi kimi əsas sağlamlıq problemlərindən birinə çevrildiyini bildiriblər. 

Mütəxəssislər ölüm rəqəmlərinin qorxulu olduğuna diqqət çəkiblər: “Xüsusilə gənc yaşlarda infarktdan ölümlərin artdığını müşahidə edirik. “Əvvəllər bu, yaşlılara xas xəstəlik kimi tanınsa da, indi infarkt 30, hətta 20 yaşlarında da baş verə bilər”.

“İnfarktın bir çox səbəbi ola bilər. Siqaret, yüksək xolesterin səviyyəsi, oturaq həyat tərzi, obezite, stress, yüksək təzyiq və genetik meyl əsas risk faktorları arasındadır”, - deyə mütəxəssislər bildiriblər. 



yuxarı