A
+"Gələn il Azərbaycanda minimum pensiya məbləğinin 270 manatdan 280 manata artırılması nəzərdə tutulur".
Söz.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə münasibət bildirərkən deyib.
"Sosial təminat xərcləri üçün dövlət büdcəsindən 4 milyard 812 milyon manat vəsait nəzərdə tutulub. Bu da 9.6% artım deməkdir", - deyə nazir qeyd edib.