A
+İzlənmə rekordları qıran “Muhteşem Yüzyıl” serialındakı “Hürrəm Sultan” obrazı ilə adından söz etdirən Meryem Üzərli “Şakir Paşa Ailəsi: Möcüzələr və Qalmaqallar” serialı ilə uzun fasilədən sonra ekranlara qayıdıb.
Söz.az xəbər verir ki, mövsümün ən iddialı ekran işlərindən sayılan və Vahide Perçin, Fırat Tanış, Devrim Yakut və Cem Yiğit Üzümoğlu kimi məşhur adların yer aldığı “Şakir Paşa Ailəsi: Möcüzələr və Qalmaqallar” üçün geri sayım başlayıb.
Serialın anonsunda aktrisanı məşuqə obrazında görənlər təəccübləniblər.