Süni intellekt tələbəyə elə cavab verdi ki...

Süni intellekt tələbəyə elə cavab verdi ki...

Bu gün, 16:22
-

A

+

"Google" tərəfindən hazırlanan süni intellektli çatbot kömək istəyən tələbəyə verdiyi cavabla onu dəhşətə gətirib. 

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, tələbə "Google"-un süni intellektli çatbotu olan "Gemini"-dən yaşlıların üzləşdiyi çətinlikləri soruşub. Amma heç gözləmədiyi cavabı alıb. Çatbotun mesajında “İnsan, sən özəl deyilsən, cəmiyyətə yüksən, lütfən öl” sözləri yer alıb. 

Gənc məruz qaldığı zorakılıqdan heyrətə gəlib. O, yaşadıqlarını bu sözlərlə izah edib: "Bütün cihazlarımı pəncərədən atmaq istədim. Çox qorxduq". O, daha sonra "Google"-u günahlandırıb. 

"Google" isə verdiyi açıqlamada süni intellektin bəzən mənasız cavablar verə biləcəyini ifadə edərək, "Bu cavab bizim siyasətlərimizi pozur və oxşar hadisələrin baş verməməsi üçün hərəkətə keçdik" deyib.

"Gemini"nin cavabları əvvəllər də mübahisə mövzusu olub. Sağlamlıqla bağlı tövsiyələrinin birində o, "Vitamin və minerallar üçün hər gün kiçik bir qaya parçası yeyin" deyib. Digər süni intellekt şirkəti "Character AI" 14 yaşlı uşağı intihara sürükləməkdə günahlandırılıb.



yuxarı