Azərbaycana qar yağdı

Azərbaycana qar yağdı

Dünən, 09:51
-

A

+

Bəzi şərq rayonlarında arabir qısamüddətli yağış yağıb, yüksək dağlıq ərazilərdə qar yağıb.

Bu barədə Söz.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, əksər rayonlarda noyabrın 20-si saat 9:00-a olan məlumatına əsasən, hava şəraiti yağmursuz keçib. Qar örtüyünün hündürlüyü Şahdağda 3 sm olub.

Düşən yağıntının miqdarı Şahbuz, Gədəbəy, Yevlax, Astarada 1 mm-dək olub. Naxçıvan, Naftalan, Şəmkir, Yevlax, Zərdab, Qusarda duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 2 , Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.


yuxarı