A
+ABŞ-nin İllinoys ştatından olan alimlər “Covid” infeksiyası ilə xərçəng şişlərin ölçüsü və ya həcminin azalması arasında inanılmaz əlaqə tapıblar.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, heyvanların və insanların toxumalarından istifadə edən elm adamları xəstəliyə cavabdeh olan SARS-CoV-2 virusunun RNT molekullarının immun sistemində xərçəng əleyhinə xüsusiyyətlərə malik xüsusi hüceyrənin inkişafına təkan verdiyini müşahidə ediblər.
Bu xüsusi hüceyrələr xərçəng hüceyrələrinə hücum edir və mövcud müalicələrə davamlı olan xərçənglə nübarizədə istifadə edilə bilər.
Alimlər bildiriblər ki, şiddətli Covid-19 tərəfindən aktivləşdirilmiş hüceyrələrin xərçənglə mübarizə aparmaq üçün dərmanla stimullaşdırıla biləcəyini müşahidə ediblər. Araşdırma zamanı bunun xüsusilə melanoma, ağciyər, döş və kolon xərçəngində effektiv olduğunu gördük.
Kəşfin klinik şəraitdə istifadə edilməsindən əvvəl daha çox araşdırmaya ehtiyac var və bu, çox güman ki, illər çəkəcək. Növbəti addım klinik sınaqlar olacaq.