Taxta qaşıqlar əslində ziyan verir - SƏBƏBLƏR

Taxta qaşıqlar əslində ziyan verir - SƏBƏBLƏR

Bu gün, 13:05
-

A

+

Mətbəxlərdə istifadə edilən taxta qaşıqların metal qaşıqlardan daha sağlam və faydalı olduğu düşünülsə də əslində bu heç də belə deyilmiş. 

Söz.az “Haber Global”-a istinadən xəbər verir ki, mütəxəssislər, taxta qaşıqlardan istifadə edənlər diqqətli olmağa çağırıb. 

Taxta qaşıqların istehsal olunduğu ağac növü onların quruluşuna ciddi təsir göstərir. Bəzi ağac növləri yetişdirildikləri torpaqdan asılı olaraq arsen və qurğuşun kimi ağır metalları torpaqdan udmaq qabiliyyətinə malikdir. Bu metallar uzun müddət bədənə daxil olduqda zəhərli təsirlərə səbəb olur.


Bundan əlavə, qoz ağacları kimi bəzi ağac növləri, tərkibindəki təbii alerjenlərə görə həssas dərili insanlarda qaşınma və ciddi allergik reaksiyalara gətirib çıxara bilər. Bu səbəbdən taxta qaşıqdan istifadə edərkən onun hazırlandığı ağac növünə diqqət yetirmək vacibdir. 

Taxta qaşıqlardan istifadə edərkən diqqət yetirilməli olan digər bir məqam da zərərli bakteriyaların artmasıdır. Taxta qaşıqların məsaməli və nəm uducu quruluşu qida qalıqlarını, rütubəti cəlb edə bilər ki, bu da bakteriyaların böyüməsinə zəmin yaradır.

Xüsusilə çiy ət və balıqla təmasda olduqda, taxta qaşıqlarda Salmonella, Listeria kimi bakteriyaların və digər ciddi nəticələrə səbəb ola bilər. Taxta qaşıqlar çiy qidalarla birlikdə istifadə edilməməli və normal istifadədən sonra tamamilə qurudulmalıdır.

Taxta qaşıqları yuyarkən yuyucu vasitələrdən istifadə etmək məsamələr səbəbindən qaşıqın strukturunda mikroplastiklərin yığılmasına səbəb olur. 

Yemək bişirərkən bu mikroplastiklər qidaya qarışaraq bədənimizə daxil olur və hormon balansının pozur. Bu qaşıqları təbii üsullarla təmizləmək lazımdır.

Uzun müddət istifadə edilən taxta qaşıqlar köhnəlib çatlamağa başlayır. Bu, qaşıq qırıqlarının həzm sistemimizə daxil ola biləcəyi və zərər verə biləcəyi bir mühit yaradır. 

Mütəxəssislər bildirirlər ki, çatlamış və köhnəlmiş taxta qaşıqlar tez bir zamanda dəyişdirilməlidir.

Mətbəxinizin gigiyenası və sağlamlığınız üçün taxta qaşıqlardan düzgün istifadə etməlisiniz.



yuxarı