A
+Avstriyanın paytaxtı Vyana şəhərinin Penzinq rayonunda təmir işləri aparılan evin zirzəmisində santexnika işçisi təsadüfən dəmir qutuda 30 kilo ağırlığında qızıl sikkələr tapıb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, İkinci Dünya Müharibəsi zamanı basdırıldığı təxmin edilən qızıl sikkələrin dəyərinin 2 milyon avro olduğu bildirilib.
Ölkə qanunlarına görə, bu məbləğ mülk sahibi ilə onu tapan şəxs arasında bərabər bölünüb.