Azərbaycanda gələn il orta aylıq pensiya 536 manat ola bilər

Azərbaycanda gələn il orta aylıq pensiya 536 manat ola bilər

Bu gün, 19:10
-

A

+

2025-ci ildə Azərbaycanda orta aylıq pensiyanın 536 manat olacağı proqnozlaşdırılır.

Söz.az News24.az-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,2 % çoxdur.

Ötən il ölkədə orta aylıq pensiya 441 manat təşkil edib. Bu il bu rəqəmin 491 manat olacağı gözlənilir.


yuxarı