Bakı metrosunda tüstülənmə: Stansiya BAĞLANDI

Bakı metrosunda tüstülənmə: Stansiya BAĞLANDI

19-10-2024, 11:04
-

A

+

"Nizami" - "28 May" tunel yolu mənzilində qatar maşinisti tüstülənmə müəyyən edib, dərhal dispetçer mərkəzinə məlumat verib".

Soz.az xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlama edib.

O bildirib ki, Bakı metropoliteni normativ tələblərinə uyğun olaraq dərhal yüksək gərginlik çıxarılıb, FHN-in aidiyyəti quruma məlumat verilib:

"Nizami" stansiyası sərnişinlərin girişinə bağlanılıb. Tüstülənmənin mənbəyi dərhal müəyyən edilib. İşıqlanma kabelində tüstülənmənin qarşısı alınıb.

Qatarların hərəkəti 25 dəqiqədən sonra bərpa olunub".

******

10:32

Bakı metrosunda tüstülənmə olub.

News24.az Milli.Az-a istinadən xəbər verir ki, hadisə "Nizami" stansiyasında baş verib. Stansiya sərnişinlər üçün bağlanıb.

yuxarı