Təyyarə oturacaqlarından ayaqqabı hazırlayıb satdılar

Təyyarə oturacaqlarından ayaqqabı hazırlayıb satdılar

Bu gün, 11:50
-

A

+

Dünyanın ən böyük təyyarə istehsalçısı olan "Airbus", Fransanın "Sans les Plumes" (SLP) şirkəti ilə əməkdaşlıq çərçivəsində dörd "A350" təyyarəsindən əldə edilən oturacaq örtükləri, başlıqlar, təhlükəsizlik kəmərləri və pərdələrdən ayaqqabı və çanta istehsalında istifadə etməyə başlayıb.

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, layihə çərçivəsində istehsal olunan ayaqqabılar “SLP A350” adı ilə satışa çıxarılıb. 

"Airbus" davamlılıq layihəsindən əldə edilən gəlirin bir hissəsini humanitar yardım səylərini dəstəkləyən "Airbus Fondu"na bağışlayacaq. 

Ayaqqabıların 180 avroya satıldığını və gəlirin 20 avrosunun fonda köçürüləcəyi bildirilib. 

Sözügedən məhsullar qısa zaman ərzində satılıb. 


yuxarı