A
+Tarix boyu həmişə insanda özünəməxsus yeri olan təsbehlər bəzən dua və niyaz alətinə, bəzən kişilərin aksesuarına, bəzən də kolleksiyaçıların əvəzolunmaz əşyasına çevrilib.
Söz.az “Haber Global”-a istinadən xəbər verir ki, xüsusi daşlarla və böyük zəhmətlə hazırlanmış təsbehlər hər zaman görüntüsü və qiymətləri ilə də diqqət çəkib.
Türkiyənin Elazığ bölgəsindəki təsbeh dükanında satılan Osmanlı kəhrəbası həm qiyməti, həm də görünüşü ilə görənlərin təəccübünə səbəb olur.
Təxminən 200 il əvvəl hazırlanmış və bu günə qədər orijinallığını qoruyan qızıl başlıqla Osmanlı kəhrəbasından təsbehin qiyməti 330 min lirədir.