Vulkanları icarəyə verib bitkoin qazanacaqlar

Vulkanları icarəyə verib bitkoin qazanacaqlar

Bu gün, 07:26
-

A

+

Salvador prezidenti Nayib Bukele, bitkoin hasilatı üçün ölkə daxilində 170 vulkanın icarəyə verilməsi ideyasının məntiqli olduğunu söyləyib.

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə başçısı “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Bitkoin əldə etmək üçün vulkanınızı icarəyə götürün” proqramı həqiqətən məna kəsb edə bilər.

Bu, Salvadorda yerləşən vulkanların enerjisindən mayninq yolu ilə bitkoin əldə etmək təklifini irəli sürən “Binance” müşahidəçisinin bəyanatına cavab olub. 

Əgər bu baş tutarsa, ölkəyə 474 bitkoin (təxminən 46 milyon dollar) hasil etməyə imkan verəcək.

Həmçinin noyabrın 25-də Salvador prezidentinin bitkoin üzrə baş məsləhətçisi Maks Kayzer vulkanların arendaya verilməsinin respublikaya adambaşına düşən bitkoinlərə görə, dövlət aktivlərində lider olmağa imkan verəcəyini bildirib.



yuxarı