A
+Avstraliya parlamentinin aşağı palatası 16 yaşdan kiçik uşaqlar üçün sosial media hesablarının yaradılmasına qadağa qoyub.
Söz.az xəbər TASS-a istinadən xəbər verir ki, 115 deputatdan 102-si qanunun lehinə səs verib.
Qanun Avstraliya Parlamentinin yuxarı palatası tərəfindən qəbul edilərsə, “Snapchat”, “TikTok”, “Instagram”, “Reddit” və “X” platformaları 16 yaşından kiçiklərin hesablarının qeydiyyatını qadağan etməli olacaqlar. Əks təqdirdə isə sosial şəbəkələr 32,2 milyon dollar cərimə olunacaqlar.
Qanunun qəbul edilməsinin təşəbbüskarları Avstraliyanın Baş naziri Entoni Albanesedir və o, həftənin sonuna qədər qanunun şərtsiz təsdiqini gözlədiyini söyləyib.
Bundan öncə isə sosioloq Paulsen bildirib ki, narahatlığın yayılmasında sosial şəbəkələrin rolu həddən artıq qiymətləndirilir. Smartfonların populyarlaşmasından əvvəl də aşağı və yüksək gəlirli ölkələrdə psixi xəstəliklərin yayılmasında fərqlər olub.
Daha varlı ölkələrin sakinləri bu pozğunluqlardan daha çox əziyyət çəkiblər. Bu o deməkdir ki, depressiyaya və narahatlığa səbəb olan smartfonlar deyil, müasir dünyada qeyri-müəyyənliyə qarşı dözümsüzlük, riskdən yayınma vəsvəsəsi, ümumilikdə işin və həyatın mənasızlığı hissinin artmasıdır.