A
+Banan ən sağlam meyvələr arasındadır.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, xüsusilə pəhriz və idman yeməklərində daha çox istifadə edilən bananın faydalarından yararlanmaq üçün onu düzgün istehlak etmək lazımdır.
Mütəxəssislərin verdiyi açıqlamalara görə, səhər yeməyində banan yeyərkən diqqətli olmaq lazımdır. Səhər yeməyində yalnız bananla kifayətlənmək qısa zamanda özünüzü ac və yorğun hiss etmənizə səbəb olur.
Bananın tərkibindəki təbii şəkər qanda şəkəri sürətlə yüksəldir, daha sonra isə qəfil salır.
Bundan əlavə, yalnız banan yemək orqanizmdə turşu səviyyəsinin artmasına və bananın faydalarının itirilməsinə səbəb olur.
Səhər yeməyində banan yemək istəyənlər onu digər qidalarla birlikdə daha sağlam bir yemək halına gətirə bilərlər.
Bananın yanında qatıq, yulaf və ya qoz-fındıq yemək daha faydalıdır.