A
+22 oktyabr 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Soz.az Metbuat.az-a istinadən xəbər verir ki, hərracda tələb 49,2 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.
Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.
Xatırladaq ki, 17 oktyabr 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracında tələb 65,9 milyon ABŞ dolları təşkil etmişdi.