Radiatorlarda paltar qurudanların nəzərinə! Təhlükəlidir

Radiatorlarda paltar qurudanların nəzərinə! Təhlükəlidir

3-12-2024, 13:24
-

A

+

Paltarları qışda qurutmaq yaydan daha çətindir. Balkondan asılan və yayda quruması gözlənilən geyimlər qışda ümumiyyətlə daha ənənəvi üsul olan radiatorlarda qurudulur. 

Söz.az xəbər verir ki, mütəxəssislər paltarlarını bu şəkildə qurudanlara ciddi xəbərdarlıq ediblər. 

Paltarların yuyulduqdan sonra qurudulması paltarlarımıza çökmüş suyun buxarlanmasına səbəb olur. Bu o deməkdir ki, qış aylarında otağa yayılan su buxarı rütubət səviyyəsini artırır. Rütubət səviyyəsi artdıqca kif problemləri yaranır.

Qızdırıcıda paltarların qurudulması kif göbələklərinin bütün otaqda yayılmasına səbəb olur. Tənəffüs yolu ilə bədənimizə daxil olan bu kif göbələkləri xəstəliklərə gətirib çıxarır. 

Kif göbələklərinin çoxalması və yayılması hər kəsə, xüsusən də uşaqlarla yaşlılara pis təsir edə bilər. Zəif immuniteti olan insanlarda ciddi nəticələrə səbəb ola bilər. Allergik reaksiyalar, tənəffüs problemləri və ağciyər pozğunluqlarına səbəb olan bu vəziyyətdən çəkinmək lazımdır.

Bundan əlavə, davamlı olaraq ayrılan nəmlik evin divarlarına da zərər verir. Boyanın soyulmasına, divarların və taxta səthlərin çürüməsinə də səbəb olan bu problemdən xilas olmaq üçün evdə paltar qurutmamağa üstünlük vermək lazımdır. 

Qış aylarında paltarların yuyulması üçün ən uyğun mühit yaxşı havalandırılan və çox istifadə edilməyən otaqlar hesab edilir.



yuxarı