A
+Zimbabvedə 57 yaşlı qadın ona hücum edən aslanı boğub.
Söz.az xəbər verir ki, bu barədə “The Sunday News” qəzeti məlumat yayıb.
Violet Moyo adlı qadın kənd təsərrüfatı işləri üçün tarlalara gedib. Daha sonra isə nərilti eşidib və arxadan şirin ona hücum etdiyini anlayıb.
Qadın yıxılıb, lakin o, vəhşi heyvanı boğazından tutub və gücünü itirənə qədər vəhşi heyvanı boğmağı bacarıb.
Şir müqavimət göstərməyi dayandırıb və gedib.
“Şir caynaqlarını boğazıma batırmağa çalışdı. Mən instinktiv olaraq onun boğazından tutdum və bərk sıxaraq buraxmadım. O mübarizə iradəsini itirdi", - deyə Violet bildirib.
Qəzetin yazdığına görə, qadın hazırda xəstəxanadadır və orada reabilitasiyadan keçir.