Güclü yanğın baş verdi: Xəsarət alanlar var - VİDEO

Güclü yanğın baş verdi: Xəsarət alanlar var - VİDEO

17-01-2025, 09:07
-

A

+

Meksikanın Kuliakan şəhərindəki “Royal Yak” kazinosunda güclü yanğın baş verib. 

Söz.az xəbər verir ki, bu barədə "MVS Noticias" portalı məlumat yayıb.

Kadrlarda kazino binasının uçması, insanların təşviş içində qaçması qeyd edilib.

Bundan əlavə, yanğın "Air Jump Trampolin" parkına da keçib.

Sinaloa Dövlət Mülki Müdafiə İnstitutunun direktoru Roy Navarrete bildirib ki, yanğın zamanı 3 nəfər xəsarət alıb, lakin tələfat yoxdur. 

İlkin məlumata görə, yanğına qısaqapanma səbəb olub.


yuxarı