Ölü sayı artdı

Ölü sayı artdı

17-01-2025, 09:14
-

A

+

Yanvarın 7-də ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində başlayan meşə yanğınları hələ də söndürülməyib.

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğında ölənlərin sayı 27 nəfərə çatıb.

Ölənlərdən 17 nəfər İton, 10 nəfər isə Palisades bölgəsindəndir.

Los-Anceles Yanğınsöndürmə İdarəsi 23 min hektar əraziyə yayılan Palisades yanğınının 22 faiz, 14 min hektardan çox ərazini külə çevirən İton yanğınının isə 55 faiz söndürüldüyünü açıqlayıb.

82 min nəfərin məcburi təxliyə əmri, 90 min nəfərin isə hələ də təxliyə xəbərdarlığı altında olduğu bildirilib.

Səlahiyyətlilər yanğınların 29 824 şagirdin təhsil fəaliyyətinə mənfi təsir göstərdiyini, 33 məktəbin bağlandığı, 10 məktəb şəhərciyinin zərər gördüyünü və ya dağıldığı barədə məlumat paylaşıb.

yuxarı