Bu ərazilərdə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazilərdə hərəkət tam məhdudlaşdırılacaq

Bu gün, 10:27
-

A

+

Fevralın 1-də saat 06:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılacaq təmir-tikinti işləri ilə əlaqədar sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Söz.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir-tikinti işləri bitənədək qüvvədə olacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda deyilib.


yuxarı