A
+Türkiyədə yas mərasiminə gedənləri daşıyan avtobus qəzaya uğrayıb.
Söz.az "haberglobal"-a istinadən xəbər verir ki, hadisə Samsunda baş verib.
Avtobus qar səbəbindən sürüşərək körpüdən aşıb. Nəticədə 15 nəfəryaralanıb.
Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.
Qəza ilə bağlı araşdırma başlanıb.