A
+ABŞ-nin “Delta Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi Kanadanın Toronto hava limanında eniş zamanı qəzaya uğrayıb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, 100 nəfərin olduğu təyyarə eniş zamanı çevrilib.
Hadisə zamanı səkkiz nəfər yaralanıb.
İlkin məlumata görə, qəzaya səbəb uçuş-eniş zolağının buzlaşması olub.
Hadisə yerində təcili fövqəladə hallar xidmətlərinin əməkdaşları işləyir.