Fuad Muradova 6 il 6 ay həbs verildi

Fuad Muradova 6 il 6 ay həbs verildi

19-02-2025, 16:22
-

A

+

Yeddi nəfəri şantaj etməkdə ittiham edilən Milli Fədailər Hərəkatının qurucusu Fuad Muradovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Söz.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, Fuad Muradov 6 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, F.Muradov 2023-cü ilin oktyabrında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilmişdi.



yuxarı