A
+Əməkdar jurnalist Xoşqədəm Hidayətqızına ağır itki üz verib.
Söz.az Bakivaxti.az-a istinadən xəbər verir ki, onun anası Ofeliya Baxşəliyeva vəfat edib.
O, uzunsürən xəstəlikdən sonra bu gecə dünyasını dəyişib.
Mərhumun 3 və 7 yas mərasimi aprelin 16-sı saat 11:00-da Təzəpir məscidinin mərasim zalında keçiriləcək.
Qeyd edək ki, Xoşqədəm Baxşəliyeva bir müddət əvvəl verilişində həm atası, həm də anasında xərçəng xəstəliyi aşkarlandığını, atasının Türkiyədə ağır əməliyyat keçirdiyini bildirmişdi.