A
+"Apple" şirkəti "iPhone 16"-nın ucuz versiyasını təqdim edib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq məlumat şirkətin saytında yer alıb.
Yeni məhsul "SE" seriyalı smartfon xəttinin davamıdır.
"iPhone 16e" ilk olaraq "Apple" şirkətinin xüsusi "5G" modemi ilə təchiz olunub.
Şirkət bildirib ki, qurğu enerjiyə qənaət edir və istənilən oxşar "iPhone" modelləri arasında ən uzun batareya ömrünə sahibdir.
Bu smartfonla siz 26 saat ərzində enerji doldurmadan videolara baxa bilərsiniz.
Model üçün ilkin sifarişlər fevralın 21-də açılacaq, qlobal satışlar isə bir həftə sonra başlayacaq.