A
+Ağdam rayonunda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Söz.az "Report"-a istinadən xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndi ərazisində baş verib
Hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetməni itərərək aşıb.
Nəticədə İlyas Allahyar oğlu Allahverənov hadisə yerində ölüb. Avtomobildə olan 1992-ci il təvəllüdlü Natiq Zakir oğlu Məmmədov, 1997-ci il təvəllüdlü Elmin Arzu oğlu Əmənov və 1991-ci il təvəllüdlü Amik Rafiq oğlu Cəfərov ağır xəsarət alaraq təcili tibbi yardım maşını ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.