A
+Şri-Lankada rusiyalı turist qatar hərəkətdə olarkən selfi çəkmək istəyib və ölüb.
Söz.az xəbər verir ki, bu barədə "Ada Derana" portalı məlumat yayıb.
Qatar Badulladan Kolomboya hərəkət edib.
"Rusiyalı turist ehtimal ki, selfi çəkdirmək istəyərkən qatardan yıxılaraq ölüb", - deyə nəşr yazıb.
Məlumata görə, mərhumun 50 yaşı olub və o, adaya 12 nəfərlik turist qrupunun tərkibində gəlib.