A
+Braziliyada avtobus və yük maşınının toqquşması nəticəsində 12 universitet tələbəsi ölüb, 19 nəfər yaralanıb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə San Pauloda yaşanıb.
Yaralı tələbələr xəstəxanaya yerləşdirilib.
Qəza ilə bağlı araşdırma başladılıb.
Qəzadan sonra tələbələrin təhsil aldığı Franka Universitetində 3 günlük matəm elan edilib.