Yaşayış binasında partlayış, xəsarət alan var

Yaşayış binasında partlayış, xəsarət alan var

24-10-2024, 10:14
-

A

+

Daşkəsən rayonunda yaşayış binasında mənzillərin birində partlayış olub.

Soz.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qaz sızmasından yaranan partlayış nəticəsində rayon sakini 1972-ci il təvəllüdlü Sadıqov Nadir Telman oğlu ağır yanıq xəsarətləri alıb.

Zərərçəkən Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılması planlaşdırılıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Daşkəsən rayon Yanğından Mühafizə Hissəsinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

yuxarı