Bu məşhur ölümdən döndü: Təcili əməliyyat olundu - FOTO

Bu məşhur ölümdən döndü: Təcili əməliyyat olundu - FOTO

Bu gün, 14:04
-

A

+

Türkiyəli məşhur aktyor Tolqahan Sayışmanın həyat yoldaşı, aktrisa və model Almeda Abazi səhhətində yaranan ciddi problemlə əlaqədar təcili əməliyyat olunub.
Soz.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Almeda Abazidə qəfil başlayan və səngiməyən şiddətli qarın ağrısı müşahidə edilib. Tolgahan Sayışman həyat yoldaşını xəstəxanaya aparıb.

Xəstəxanada aparılan müayinələrdən sonra vəziyyətin ciddi olduğu anlaşılıb və Almeda Abazi Sayışman təcili əməliyyata edilərək, öd kisəsi çıxarılıb.

Bu yaxınlarda evə buraxılan məşhur model Almeda Abazinin səhhətinin yaxşı olduğu açıqlanıb.

 

yuxarı