Arvadı ilə dava edib dəhşət saçdı

Arvadı ilə dava edib dəhşət saçdı

26-10-2024, 09:50
-

A

+

Türkiyədə həyat yoldaşı ilə mübahisə edən şəxs dəhşət yaşadıb. 
Soz.az “Haber Global”a istinadən xəbər verir ki, hadisə Malatyada baş verib.
İddiaya görə, avtomobil ustası işləyən şəxs həyat yoldaşı ilə mübahisə etdikdən sonra iş yerini içərisindəki avtomobillərlə birlikdə yandırıb.
Təmir sexi qısa zamanda alovlara bürünüb. Hadisə yerinə polis və yanğınsöndürənlər göndərilib. 
Yanğın nəzarət altına alınaraq söndürülüb. İş yeri və 4 avtomobil yararsız hala düşüb. 
Hadisəni törədən şəxs saxlanılıb. Hazırda araşdırma aparılır. 

yuxarı