Kosmetoloq Ronaldonu məhkəməyə verdi

Kosmetoloq Ronaldonu məhkəməyə verdi

Bu gün, 15:50
-

A

+

Dünyaca məşhur futbolçu Kristiano Ronaldo qalmaqalla gündəmə gəlib.

Söz.azxəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb. 

Britaniya mətbuatının yazdığına görə, onun kosmetoloqu məhkəməyə müraciət edərək göstərdiyi xidmətlər qarşılığında ona ödənilməyən on minlərlə dolları tələb edib.

Gözəllik inyeksiyası üzrə mütəxəssis son bir neçə ildə futbolçunun ailəsində çalışsa da, işdən çıxarıldıqdan sonra bir neçə hesab ödənilməmiş qalıb.

Prosesdə iştirak edənlər konfidensiallığı əsas gətirərək konkret açıqlamalar verməyiblər. Bu səbəbdən də Ronaldonun özünün və ya həyat yoldaşının bu prosedurlardan keçdiyi hələlik bəlli deyil.



yuxarı