FETÖ başçısı Fəthullah Gülən öldü

FETÖ başçısı Fəthullah Gülən öldü

Dünən, 10:16
-

A

+

Türkiyə mətbuatı FETÖ qruplaşmasının başçısı Fəthullah Gülənin ABŞ-nin Pensilvaniya ştatında öldüyünü yazıb.

News24.az “Report”a istinadən xəbər verir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.

F.Gülənin ailə üzvləri onun öldüyünü sosial şəbəkədə təsdiqləyiblər.

Qeyd edək ki, Məhəmməd Fəthullah Gülən 1941-ci il aprelin 27-də Türkiyənin Ərzurum bölgəsinin Qorucuq kəndində anadan olub. O, 2015-ci il iyulun 15-də hakimiyyət çevirilişinə cəhdi təşkil etməkdə ittiham olunurdu.

Fətullah Gülən 30-dan çox kitab və çoxlu məqalələr müəllifidir. Ərəb, fars dillərini bilirdi. 1999-cu ildən etibarən, tərəfdaşlarının iddiasına görə xəstəliyi ilə əlaqədar ABŞ-nin Pensilvaniya ştatında yaşayırdı.


yuxarı