Mer müavini rüşvətə görə vəzifəsindən azad edildi

Mer müavini rüşvətə görə vəzifəsindən azad edildi

Bu gün, 09:10
-

A

+

Pekin merinin müavini Qao Penq rüşvət aldığı üçün vəzifəsindən azad edilib.
Soz.az TASS-a istinadən xəbər verir ki, o, həmçinin Çin Kommunist Partiyasından da (ÇKP) xaric edilib. 
Bildirilib ki, Qao Penq vəzifəsindən şəxsi mənfəəti üçün istifadə edib. Sabiq mer müavini üçüncü şəxslərə müəyyən ödəniş müqabilində işə düzəlməkdə, vəzifə yüksəlişində, işgüzar fəaliyyətdə, tikinti müqavilələrinin alınmasında köməklik edib. O, həmçinin qanunsuz olaraq pul hədiyyələri qəbul edib və qeyri-qanuni birja ticarəti ilə məşğul olub. 
O, qanunsuz yollarla böyük sərvət əldə edib və milli maraqlara böyük ziyan vurub.

yuxarı