Fətullah Gülənin dəfni ilə bağlı gizli məqamlar ortaya çıxdı

Fətullah Gülənin dəfni ilə bağlı gizli məqamlar ortaya çıxdı

Bu gün, 14:13
-

A

+

Xəbər verdiyimiz kimi,  ötən gün FETÖ qruplaşmasının başçısı Fəthullah Gülən ABŞ-nin Pensilvaniya ştatında ölüb.
Soz.az “Haber Global”a istinadən xəbər verir ki, F.Gülənin dəfn mərasiminin nə vaxt keçiriləcəyi, kimlərin iştirak edəcəyi, harada dəfn olunacağı, cənazə namazını kimin qıldıracağı ilə məqamlar ortaya çıxıb. 
Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, terror təşkilatı lideri Fətullah Gülənin dəfn mərasimi cümə axşamı təşkilatın qərargahı sayılan Pensilvaniyadakı düşərgədə keçiriləcək. Fətullah Gülən düşərgə daxilində ölümündən əvvəl göstəriş verdiyi yerdə dəfn ediləcək. Cənazə namazını Suat Yıldırım qıldıracaq. 
Bildirilib ki, Fətullah Gülənin xəstəxanaya yerləşdirildiyi təşkilatın digər üzvlərindən gizlədilib. Bundan əlavə, təşkilat üzvləri arasında Fətullah Gülənin yazılı miras qoyması ilə bağlı söhbətlər gəzir.

Xəbərlər

yuxarı