A
+Bu gün İsrailin Suriyada bir avtomobilə hücumu nəticəsində “Hizbullah” komandirlərindən Selman Nemer Cemanın həyatını itirdiyi iddia edilib.
Söz.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, İsrail ordusu "Hizbullah”ın Suriya ordusu ilə əlaqəsini təmin edən" komandirin Dəməşqəki hücumda öldüyünü bildirib.
İsrail ordusu yazılı açıqlamada Dəməşqdəki hava hücumunun məsuliyyətini üzərinə götürüb.
Hücumda Selman Nemer Cemanın hədəf alındığı vurğulanıb.
“Hizbullah” hələ ki, İsrailin iddiaları ilə bağlı açıqlama verməyib.